Frank Raykard istefaya göndərilib
Səudiyyə Ərəbistanının futbol üzrə milli komandasının baş məşqçisi Frank Raykard istefaya göndərilib.

Bu qərar, Körfəz Ölkələri Kubokunda Səudiyyə Ərəbistanı yığmasının Küveytə məğlubiyyətindən sonra çıxarılıb. Raykardın yerinə ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasının ispaniyalı baş məşqçisi Serxio Piernas gətirilib.

Qeyd edək ki, Frank Raykard əvvəllər Hollandiya millisində, eləcə də İspaniyanın “Barselona” və Türkiyənin “Qalatasaray” klublarında baş məşqçi kimi çalışıb.

Xəbər 1138 dəfə oxundu.