Baş məşqçi postuna namizəd Bakıda səfərdədir
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə müxtəlif namizədlərlə AFFA tərəfindən danışıqlar aparılır. Bu vəzifəyə namizədlərdən biri, ispaniyalı mütəxəssis Patrisia Qonzales hazırda Bakıda səfərdədir.

Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və PRo məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının kordinatoru vəzifəsində çalışır.

Bu məsələ ilə bağlı danışıqlar davam etdirilir.
affa.az

Xəbər 835 dəfə oxundu.