"Kəpəz" yoxlama oyunu keçirməyi planlaşdırır
Hazırlığını Bakıda davam etdirən "Kəpəz" təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq Gəncə təmsilçisinin ilk rəqibi məlumdur.
Bu, aşağı liqa təmsilçisi "Qaradağ Lökbatan"dır. I divizionun lideri ilə görüş yanvarın 19-na təyin olunub. Yoldaşlıq oyunu "Dalğa Arena"da keçiriləcək. Matç saat 14:00-da başlayacaq.

Xəbər 839 dəfə oxundu.