Şahmat üzrə birinci tur başa çatıb
Respublika Şahmat Mərkəzində kişilər arasında Azərbaycan çempionatının birinci turu başa çatmışdır.
Birinci turun nəticələrinə görə, Zaur Məmmədov Vüqar Rəsulov ilə, Misrətdin İsgəndərov Sərxan Quliyev ilə və Urfan Sevdimalıyev Nicat Abasov ilə heç-heçə oynamışlar. Yarış iştirakçısı İzzət Kənan isə Şəhriyar Rəhmanova qalib gələrək turnir cədvəlinə liderlik edir.
AzərTAc

Xəbər 1233 dəfə oxundu.