Paytaxt “Sumqayıt” qapıçısı ilə vidalaşıb
Paytaxt Bakıda hazırlıq keçən “Sumqayıt” qapıçısı ilə vidalaşıb. Üçüncü qapıçı funksiyasını icra edən Anar Məhərrəmovla klub rəhbərliyi davam etməmək qərarına gəlib.

Meydana çıxdığı oyunlarda, xüsusən də “Neftçi” ilə 1:8 hesabı ilə başa çatan matçda kobud səhvlərə yol verən Məhərrəmov Səlahət Ağayev və Elçin Sadıqov zədəli olduğu vaxtlarda meydana çıxırdı. Yayda “İnter”dən komandaya qoşulmuş olan Anarın aşağı dəstə klublarından birinə keçəcəyi gözlənilir. Artıq onun yerinə “Sumqayıt”ın rəsmi saytı “Rəvan”ın əvəzedici komandasından Tərlan Əhmədlini gətirdiyini də elan edib.

Komandadan ayrılan digər futbolçu isə Murad Hüseynovdur. “Qəbələ”yə məxsus olan hücumçunun icarə müqaviləsi başa çatıb. Milliləşdirilmiş dağıstanlı futbolçu artıq komanda ilə birgə deyil.

Xəbər 823 dəfə oxundu.