“Bakı” Antalyadakı təlim-məşq toplanışını davam etdirir
“Bakı” Antalyadakı təlim-məşq toplanışını davam etdirir. Komanda gündə 2 dəfə olmaqla məşqlərini sürdürür.

Xeber verdiyimiz kimi, paytaxt klubunun düşərgəsinə rumıniyalı futbolçu da qatılmışdı. Mərkəz müdafiəçisi ampluasında çıxış edən Klaudio Viku məşqçilər korpusunun rəğbətini qazana bilməyib. Nəticədə Moldovanın "Daçia" klubunun üzvündən imtina edilib.

Xəbər 892 dəfə oxundu.