2013-cü il üçün ilk reytinq cədvəli açıqlanıb | |
FİFA milli komandaların 2013-cü il üçün ilk reytinq cədvəlini açıqlayıb. Ötən ilin son reytinqi ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Berti Foqtsun komandası 277 xalla 118-ci yerdə qərarlaşıb. DÇ-2014-ün seçmə mərhələsində komandamızla eyni qrupda yer alan Portuqaliya 1144 xalla yeddinci (0), Rusiya 1070 xalla əvvəlki tək doqquzuncu pillədə qalıblar. Aktivində 454 xalı olan İsrailin yığması iki pillə irəliləyərək 76-ci yerə yüksəlib. Şimali İrlandiya komandası 367 xalla (-2) 98-ci, Lüksemburq 172 xal (0) 148-ci pillədə qərarlaşıblar. Siyahya 1606 xalla yenə İspaniya millisi başçılıq edir. Almaniya (1437) ikinci, Argentina isə (1290) üçüncü yeri tutur. Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 14-də açıqlanacaq. |
|
Xəbər 883 dəfə oxundu. |
|
|