Bekhem daha bir komandadan təklif alıb
İngilis futbolçusu Devid Bekhemin yenidən "Milan"a qayıdacağı iddia olunur.
Milan təmsilçisi 37 yaşlı futbolçunu yenidən heyətində görmək istəyir. Lakin daha öncə öz ölkəsində oynamaq istədiyini dilə gətirən Bekhemin bu təklifi necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki,Bir müddət əvvəl "Los Angeles Qalaksi" ilə yollarını ayıran Devid Bekhem 2009-2010-cu illərdə "Milan"da icarə əsasında çıxış edib.

Xəbər 982 dəfə oxundu.