«Lion» Lopesi «Yuve»yə buraxmayacaq
Turin «Yuventus»u «Lion»un forvardı Lisandro Lopesi almaq istəyirdi. Fransız klubunun prezidenti Jan-Mişel Ola isə komandasının «Trua» ilə oyundan sonra Radio Monte Carloya müsahibəsində etiraf edib ki, «Yuventus» futbolçunun icarəyə götürülməsi ilə əlaqədar onlarla əlaqəyə girsə də, qarşı tərəfə mənfi cavab verilib:

«Biz onun getməsini istəmirik. O bizim üçün elə Juninyo kimi bir rəmzdi. Təbii ki, bizim futbolçunun alışına xərclədiyimiz pulu geri qaytararlarsa, komandanın iqtisadi sabitliyini qorumaq üçün, ola bilsin ki, onu qurban verək. Aydındı ki, çox şey Lisandronun özündən asılıdı».

İdman.com.az saytının məlumatına görə, «Lion»2009-cu ildə Lopesin «Portu»dan alışına 24 milyon avro xərcləmişdi.


Xəbər 916 dəfə oxundu.