"Malaqa" UEFA-nı məhkəməyə verəcək
“Malaqa” UEFA-nı İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.

Bir müddət əvvəl UEFA “Malaqa”ya onları bir il müddətinə avrokuboklardan uzaqlaşdırmaq haqqında yazılı izahat göndərib. Amma rəhbərlik bu qərarla razılaşmır. Onların fikrincə, klubun fəaliyyəti Fair-Play tələblərinə uyğundu, amma UEFA-nın məktubunda isə vergi qanunlarının təfsir olunduğu qeyd olunub. Klubun rəsmi saytında yerləşdirilən xəbərə görə, “Malaqa” hüquqlarını qorumaq üçün məhkəməyə baş vuracaq.

Qeyd edək ki, UEFA "Malaqa"nı futbolçuların məvacibini vaxtında ödəmədiyinə görə cəzalandırıb.

Xəbər 931 dəfə oxundu.