Azərbaycan şahmatçıları beynəlxalq turnirdə | |
İspaniyanın Sevilya şəhərində şahmat üzrə 38-ci beynəlxalq turnir davam edir. Yarışda iştirak edən Azərbaycan şahmatçısı Azər Mirzəyev ukraynalı Ruslan Pogorelov ilə, digər idmançımız Bəhruz Rzayev isə İspaniya təmsilçisi Erminio Errais ilə heç-heçə oynamışlar. Beşinci turun nəticələrinə görə, hər iki şahmatçımızın hesabında 4 xal vardır. Bu nəticə ilə A.Mirzəyev yeddinci, B.Rzayev isə doqquzuncu yerdə qərarlaşmışdır. AzərTAc |
|
Xəbər 892 dəfə oxundu. |
|
|