“Xəzər Lənkəran”a yeni futbolçular qoşulub
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsinə yeni futbolçular qoşulub. Sırağagün düşərgəyə gələn Kamran Abdullazadədən başqa daha üç oyunçu hazırlıqlara başlayıb.
Bunlardan biri baxışa çağırılan xorvat qapıçı İvan Çoviçdi. Ondan başqa “Sumqayıt”dan transfer olunan Uğur Pamuk və 17 yaşlılardan ibarət milli komandamızın əsas hüçumçusu Elnur Cəfərov Karles Bakesin rəhbərliyi altında məşqlərə başlayıb.

Xəbər 857 dəfə oxundu.