"İnter"in əvəzediciləri "Kəpəz"in əsas komandasına qarşı
Məlumat verdiyimiz kimi, "İnter"in əvəzedici heyəti "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Toplanış çərçivəsində "Neftçi"nin U-17 komandası ilə qarşılaşan "bankirlər"in digər rəqibləri də müəyyənləşib.

Belə ki, yanvarın 20-də komanda “Rəvan”ın ehtiyat heyətilə üz-üzə gələcək. Ayın 24-də “İnter” “Kəpəz”in əsas heyətilə qarşılaşacaq, fevralın 2-dəsə Tofiq Mustafayevin yetirmələri toplanış çərçivəsində son yoxlama oynunu çox güman ki, birinci divizionun təmsilçisi “Şuşa” komandasına qarşı keçirəcək.

Əlavə edək ki, “İnter”in toplanışı məhz sonuncu yoxlama qarşılaşmasından sonra başa çatacaq.

Xəbər 853 dəfə oxundu.