"Kəpəz" Bakıda təlim-məşq toplanışına start verib.
Komandanın məşqi "Dalğa Arena"da baş tutub.
Saat 11:00-da başlayan hazırlıq prosesi əsasən bərpaedici xarakter daşıyıb. Futbolçular müəyyən isinmə hərəkətlərindən sonra meydan boyu qaçıblar. Həmçinin məşq ərzində toplu çalışmalara da yer verilib. Paytaxtdakı ilk məşq təxminən 2 saata yaxın davam edib.

Xəbər 816 dəfə oxundu.