Lixtenşteyn yığması ciddi itki ilə qarşılaşa bilər | |
Azərbaycan millisinin rəqibi Lixtenşteyn yığması ciddi itki ilə qarşılaşa bilər. Fevralın 6-da yığmamızla yoxlama oyunu keçirəcək cırtdan ölkə təmsilçisi təcrübəli futbolçusu Frans Burqmeyeri itirmək təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, millidə 75 matç keçirən sol cinah oyunçusu çıxış etdiyi “Vaduts”un heyətində zədələnib. Həm müdafiə, həm yarımmüdafiənin cinahında oynayan universal futbolçunun özü isə millinin təlim-məşq toplanışına qatılmaq ümidini itirmədiyini açıqlayıb. Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn Dubayda keçiriləcək. |
|
Xəbər 826 dəfə oxundu. |
|
|