Berluskoni Balotellidən üzr istədi
“Milan”ın prezidenti Silvio Berluskoni “çürük alma” ifadəsinə görə “Mançester Siti”nin futbolçusu Mario Balotellidən üzr istəyib.

Klub rəhbəri bu ifadəni işlədərkən Balotellini nəzərdə tutmadığını deyib:
“Sadəcə dedim ki, komandanın müsbət enerjili futbolçulara ehtiyacı var. Mən Balotellini nəzərdə tutmamışdım. Əgər o, bunu təhqir kimi qəbul edibsə, ondan üzr istəyirəm”.

Jurnalistin “Gələcəkdə Balotellini “Milan”da görə bilərikmi?” sualına Berluskoni belə cavab verib:

“Onun transferi barədə danışıqlar olmayıb. Biz ona transfer hədəfi kimi baxmırıq”.

Xəbər 812 dəfə oxundu.