Qari Stivens İrlandiya klubunda
“Qəbələ”nin sabiq məşqçisi Qari Stivens özünə yeni iş yeri tapıb. 50 yaşlı ingilis məşqçi İrlandiyada işləyəcək.
Belə ki, Stivens İrlandiyanın son çempionu “Sliqo Rovers”lə razılaşıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. O, bu komandada baş məşqçi Yan Baraklonun köməkçisi olacaq.
Qeyd edək ki, Stivens 2010-cu ilin mayında Toni Adams tərəfindən ölkəmizə gətirilib aə 2012-ci ilin aprelinə qədər “Qəbələ”də köməkçi-məşqçi işləyib. O, bir neçə dəfə “Qəbələ”ni Premyer Liqa oyununa da çıxarıb.
Stivens futbolçu karyerası ərzində “Brighton & Hove Albion”, “Tottenhem” və “Portsmut” klublarında, İngiltərənin U-21 və A millilərində çıxış edib.

Xəbər 970 dəfə oxundu.