“Kəpəz”də yeni baş məşqçi
“Kəpəz”in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi rəsmiləşib. Komandanı bundan sonra Mehman Hacıyev hazırlayacaq. Gənc məşqçi bu postda Xaliq Mərdanovu əvəzləyib.
Qeyd edək ki, Hacıyev buna kimi əsas komandada çalışırdı. Onu da qeyd edək ki, Mehman bəy “Kəpəz”də əvəzedicilərdən ibarət komanda yaradılan ilk gündən məhz heyətin başında olub. Ötən yay isə o, əsas komandaya dəvət almışdı. Məşqçinin qarşısında duran əsas məsələ “Kəpəz” üçün layiqli ehtiyat qüvvə yetişdirmək, bacarıqlı və istedadlı futbolçuları tapıb üzə çıxarmaqdı.

Xəbər 846 dəfə oxundu.