“Xəzər-Lənkəran” Uğur Pamukun transferini rəsmiləşdirib
“Xəzər-Lənkəran” futbol klubu Uğur Pamukun transferini rəsmiləşdirib.
Futbolçu ilə iki illik müqavilə imzalanıb. 1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan hücumçu “Arminiya” klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan U.Pamuk 2007/2008-ci il mövsümünü Bilefeld təmsilçisində keçirmişdi.
Futbolçu 2011/2012-ci il mövsümünün əvvəlində “TuS Dornberq” komandasından Azərbaycana transfer olunmuşdur. 2012-ci ilin yanvarından U.Pamuk “Sumqayıt”ın şərəfini qorumuşdu. Həmin ildə 3 dəfə baş məşqçi Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılmışdır.
AzərTAc

Xəbər 840 dəfə oxundu.