İbrahimoviç Messi və Ronaldo haqqında ilginc açıqlamaları
Zlatan İbrahimoviç hazırda dünyanın ən yaxşı iki futbolçusu hesab olunan Lionel Messi və Kriştiano Ronaldo haqqında ilginc açıqlamalar verib. Zaman-zaman gündəm yaradan açıqlamaları ilə diqqət çəkən isveçli ulduz yenə aparıcı media orqanlarının manşetlərinə çıxıb.
İbrahimoviç Messi haqqında bu ifadələri işlədib: “Messinin bəlkə 4 “qızıl top” mükafatı ola bilər. Amma mənim də “otomattan” şokalad almaq üçün ayağımın altına qutu qoymağıma ehtiyac yoxdu”.
PSJ-nin ulduzu Ronaldonu da unutmayıb: “Məncə Ronaldo bütün mükafatları Messinin almasını seyr edən yaxşı bir tamaşaçıdı. O, ən yaxşı üç futbolçu arasında yer almağı haqq etmir. Ən azı ondan yaxşı 10 futbolçu var”.

Xəbər 3041 dəfə oxundu.