“Bakı” təlim-məşq toplantısına yollandı
Bu gün “Bakı” futbol klubunun əsas heyəti Antalyaya təlim-məşq toplanışına yollanıb. İdman.com.az-ın məlumatına görə, əməliyyat sonrası bərpa dövrü keçən kosta-rikalı hücumçu Uinston Parks və milli komandada olan Namiq Ələsgərov istisna olmaqla, tam heyətlə toplanan futbolçular klubun təlim-məşq bazasından ayrılıblar.

U-19 Azərbaycan komandasının heyətində ölkəmizi Qranatkin adına turnirdə təmsil edən Namiq Ələsgərov də Sankt-Peterburqdan birbaşa Antalyaya gələcək. Toplantıya dəvət alanlar arasında əvəzedici heyətin gənc üzvü Vüqar Bəybalayev də var.

Komanda yanvarın 15-də təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə çıxacaq. Hazırlıq prosesi yanvarın 28-dək davam edəcək. Bu vaxt ərzində “Bakı” üç yoldaşlıq oyunu da keçirəcək.

Xəbər 963 dəfə oxundu.