Cüdo üzrə Bakı şəhər açıq birinciliyi
Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. 1999-2000-ci il təvəllüdlü yeniyetmələrin iştirakı ilə dörd gün davam edən yarışlarda Bakının klub və cəmiyyətlərindən 583-ə yaxın cüdoçu mübarizə aparıb. Yekun nəticələrə görə Nazir Talıbov (Hövsan OİK, 30 kq), Əmrah Səlimov (Hövsan OİK, 34 kq), Rəşad Dünyamalıyev (“Neftçi” İSM, 38 kq), Yaşar Nəcəfov (“Lokomotiv”, 42 kq), İsmayıl Temirzadə (“Lokomativ”, 46 kq), Vüqar Abdullayev (9 saylı UGİM, 46 kq), Knyaz Mahmudov (“Neftçi” İSM, 55 kq), Paşa Alıyev (“Neftçi” İSM, 60 kq), Razim Yaqublu (“Neftçi” İSM, 66 kq), Anar Ağayev (DİN İC, +66 kq) birinci yerə layiq görülmüşlər.


Xəbər 4361 dəfə oxundu.