Şahmat üzrə 38-ci beynəlxalq turnir davam edir | |
İspaniyanın Sevilya şəhərində şahmat üzrə 38-ci beynəlxalq turnir davam edir. Yarışda mübarizə aparan Azərbaycan şahmatçısı Azər Mirzəyev (2582) növbəti görüşünü keçirmişdir. Belə ki, şahmatçımız üçüncü tur çərçivəsində İspaniya təmsilçisi Karlos Barrero ilə qarşılaşmış və oyunu heç-heçə başa çatmışdır. Bu turdan sonra şahmatçımızın hesabında 2,5 xal vardır. Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışda 172 şahmatçı birincilik uğrunda mübarizə aparır. AzərTAc |
|
Xəbər 864 dəfə oxundu. |
|
|