Millimiz Belarus yığması ilə qarşılaşıb
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirmişdir.
11-ci yer uğrunda oyunda komandamız Belarus yığması ilə qarşılaşmışdır. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır. Əsasnaməyə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşmişdir. Zərbələri daha sərrast yerinə yetirən belaruslu futbolçular 6:4 hesabı ilə qələbə qazanmışlar.
Beləliklə, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 16 komanda arasında 12-ci yeri tutmuşdur.
AzərTAc

Xəbər 926 dəfə oxundu.