Rivaldo təqaüd barədə düşünmür
Yorulmaq bilməyən braziliyalı futbol ulduzu Rivado karyerasını başa vurmağı düşünmür. İdman.com.az saytının məlumatına görə, sonuncu klubu Anqola «Kabuşkorp»u olan 40 yaşlı futbolçu ötən ilin sonunda afrikalıları tərk edib. Lakin butslarını divardan asmağı düşünmədi.

«Barselona» və «Milan»ın keçmiş oyunçusunun yeni klubu Braziliyanın «B» Seriyasında çıxış edən «San Kautano» olacaq. Komandanın baş məşqçisi Aylton Silva yeni futbolçusu barədə bunları deyib:

«Biz gələcəyə nikbinliklə baxırıq. Çünki bu, dahi oyunçudur. Onun böyük təcrübəsi var. O, komandanı yaxşılaşdırmaq üçün gəlib».

Xəbər 1608 dəfə oxundu.