Berluskoni Quardiolaya malikanə təklif edib
«Milan»ın prezidenti Silvio Berluskoni Pep Quardiolaya hər vəhclə «Milan»ın sükanına keçməyi təkid etsə də, heç nə edə bilməyib. İspan «Marca»sının yazdığına görə, «rossoneri»lərin prezidenti ispan mütəxəssisə hətta Komo gölü ətrafında malikanə də təklif edib. Lakin bu da «Barselona»nın keçmiş baş məşqçisinin qərarına təsir göstərməyib.

İdman.com.az saytının məlumatına görə, Berluskoni bununla bağlı deyib: «Biz Quardioyla danışıqlar aparmışıq. O, özünün «Milan»a və Komo gölünə heyranlığını bildirirdi. Mən də ona elə həmin gölün sahilində bir malikanə təklif etdim. Ancaq bizim onunla müqavilə bağlamağa heç bir şansımız yoxdur».

«La Repubblica» nəşrinin yazdığına görə, dəbdəbəli malikanədən savayı Quardiolaya illik 6 milyon maaş da təklif olunub. Son məlumatlara görə, «Milan»ın sükanına Luçano Spaletti və Marko van Basten də namizəddilər.

Xəbər 855 dəfə oxundu.