«İnter» yeni stadion tikir
Milan «İnter»i İsveçrənin «Mabetex» şirkəti ilə komanda üçün yeni stadionun inşası ilə bağlı ilkin razılığa gəlib. Görüşdə «İnter»i komandanın prezidenti Massimo Moratti, Albaniyadan olan şirkəti isə Kosovonun baş nazirinin müavini Behget Pakoli təmsil ediblər.

İdman.com.az saytının məlumatına görə, arenanın 2017-ci ilədək hazır edilməsi planlaşdırılır. Bu stadion kluba 270 milyon avroya başa gələcək. Tribunalar 50 min tamaşaçı üçün nəzərdə tutulur.

Xəbər 1064 dəfə oxundu.