41 koreyalıya ömürlük cəza
FİFA Cənubi Koreya Peşəkar Futbol Liqasının – Key Liqanın 41 futbolçuya verdiyi ömürlük cəzanı dəstəkləyib. İdman.com.az saytının məlumatına görə, bu futbolçular danışılmış oyunlarda iştirakda ittiham edilirlər.

Onlar indi nəinki Key Liqa oyunlarında, eləcə də FİFA bayrağı altında keçirilən bütün beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər.

41 futbolçunun 21-i hələ bəraət şansını itirməyiblər. Bunlar günahlarını boyunlarına alan futbolçulardı. Onlar 2 ildən 5 ilədək sınaq müddətindən sonra karyeralarını bərpa etmək şansı əldə edə bilərlər.

Xəbər 925 dəfə oxundu.