«Şəhərlilər» Kavaniyə 50 milyon verir
İtaliya «Napoli»sinin 25 yaşlı futbolçusu Edinson Kavani karyerasını İngiltərədə davam etdirə bilər. «The Guardian»ın yazdığına görə, forvard «Mançester Siti»nin maraq dairəsinə düşüb.

«Şəhərlilər» ona 50 milyon funt sterlinq təklif etməyə hazırdılar. Ancaq uruqvaylının Mançesterə gəlişi yalnız Edin Zekonun gedişindən sonra mümkün olacaq.

İdman.com.az saytının məlumatına görə, «Napoli»nin forvardı cari mövsümdə müxtəlif turnirlərdə 23 oyun keçirib. Bu oyunlarda o, 25 qol vurub və 1 qol ötürməsi verib.

Xəbər 929 dəfə oxundu.