Moratti sözü Sneyderə verdi
«Qalatasaray»da «İnter»li Uesli Sneyderin transferi gündəmə bomba kimi düşərkən arası kəsilmədən bu barədə yeni xəbərlər gəlir. Bu xəbərlərdən sonuncusu «İnter»in prezidenti Massimo Moratti Sneyderin vəziyyəti ilə əlaqədar verdiyi açıqlamada «Bəli, «Qalatasaray»dan bir təklif aldıq. Hər şey Uesliyə bağlıdır. Hələ onunla danışmadım. Əgər komandada qalmaq istəsə, bu bizim üçün möcüzə olar» şərhini verib.

Moratti «Qalatasaray»dan özlərinə gələn təklifin kafi olduğunu və qəbul gördüyünü də açıqlayarkən son qərarı Sneyderin verəcəyini də sözlərinə əlavə edib.

İdman.com.az saytı xəbər verir ki, «Qalatasaray»ın prezidenti Ünal Aysal əvvəlki gün verdiyi şərhdə Massimo Moratti ilə Milandakı görüşünü açıqlayarkən bu yığıncaqdan sonra, etdikləri təklifə iki prezident tərəfindən də müsbət cavab verdiyini söyləmişdi.

Xəbər 899 dəfə oxundu.