Jak Roqq: 2012-ci ilin nailiyyətləri onillik dəyişikliklərin aynasıdır
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq 2012-ci ilə və ümumən ötən ilin nümunəsində olimpiya hərəkatının keçdiyi yola nəzər salaraq, fikirlərini dünya olimpiya təşkilatının saytı ilə bölüşüb:
- Dönüb ötən ilə nəzər salarkən, Olimpiya hərəkatının keçdiyi yola daha ətraflı nəzərə salmaq və qiymət vermək üçün yeni ilin başlanğıcı ən münasib vaxtdır.

Hərəkatımız qədim adət-ənənələrə bağlıdır. Əlbəttə, təkamül prosesi nəticəsində bir sıra dəyişikliklər baş verib. Şübhə etmirəm ki, müasir Olimpiya hərəkatı 118 il əvvəl yaransa da, hələ də əvvəlki kimi güclüdür. Bu baxımdan 2012-ci il London Oyunları bir çox konkret dəyişiklikləri göstərdi. Mən heç vaxt hansısa olimpiadanı daha əvvəlkindən yaxşı olduğunu söyləmək istəməmişəm. Əslində, bu çox subyektiv qərar olardı. Amma London Oyunlarının uğurlu ardıcıllıqla əvvəlki oyunların davamı kimi bu silsilədə yer aldığına şübhə yoxdur. Son 10 il ərzində hərəkatımız inkişaf edib və daha da güclənib.

Bu möhtəşəm tamaşalar gələcək nəsilləri ruhlandıracaq. Oyunlar Beynəlxalq Olimpiya Komitəsinin qətiyyətini, əzmini, həyatda əldə etdiyi nailiyyətlərini əks etdirir. Hərçənd sosial-ictimai media quruculuğunda, Olimpiya proqramı və Yeniyetmələrin Olimpiya Oyunlarında yeni maraqlı əlavələrdən istifadə olunub.

Sinqapur-2010 yeniyetmələrin ilk oyunlarında təcrübə qazanmış 156 idmançı Londona yollanmış heyətlərə daxil edilmişdi. Şübhə etmirəm ki, İnnsburqda keçiriləcək yeniyetmələrin ilk Qış Olimpiya Oyunlarında da idmançılarımız yetişəcək.

Beynəlxalq Olimpiya Komitəsinin «sıfır dözümlülük» siyasətinə uyğun olaraq, London Oyunları olimpiya tarixində ən geniş yayılmış dopinq əleyhinə test proqramını nümayiş etdirdi. Digər təşəbbüs idmanda bütövlüyü qorumaqdır. Biz hüquq-mühafizə orqanları ilə əməkdaşlığımızı genişləndiririk. Halbuki London Oyunları 60 ildən artıqdır davam edən qlobal tənəzzülün ən çətin zamanına təsadüf etdi. Olimpiya hərəkatı tarixində Beynəlxalq Olimpiya Komitəsinin bu məsələlərə yanaşma tərzi həmişə güclü olub.

Biz həmçinin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edirik. Haitidə yeni Gənc Olimpiya İnkişaf Mərkəzindən irəliləyişlər gözləyirik. Buna qədər Zambiyada da oxşar uğurlu layihələr həyata keçirmişdik və yeni uğurlu nəticələr əldə etmişdik. Həmçinin qadın və idman, habelə idman, təhsil və mədəniyyət kimi konfransları təşkil etdik.

Müasir Olimpiya hərəkatı keçdiyi yolla qədəmlərinin ilk onillliyini geridə qoymuş yeni minilliyə öz təcrübəsinin dəyərlərini və əsas vəzifələrini daşıyaraq, əməli nümunədir.

Biz birlikdə çox nailiyyətlər əldə etmişik, qarşıdan gələn illərdə də uğurlarımızın çox olacağına ümid edirəm.

Xəbər 1111 dəfə oxundu.