“Bakı” komandası 2013-cü ildə ilk məşqinə çıxmışdır
Qış fasiləsindən sonra bir araya gələn “Bakı” komandası bu gün öz təlim-məşq bazasında ilk məşqinə çıxmışdır.
Baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardınca yüngül təmrinlər yerinə yetirmişlər.
İlin ilk məşqi yüksək əhval-ruhiyyə ilə müşayiət olunmuşdur. Viza məsələsində problem yaşanan və bu səbəbdən toplanış gününədək ölkəmizə gələ bilməyən Edemir Rodrigez və son çempionat oyununda zədələnən Edin Nuredineski məşqə qatılmamışlar. Makedoniyalı qapıçı E.Nuredineskinin düşərgəyə iki gün sonra gələcəyi gözlənilir.
Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Uinston Parks komandaya fevralın əvvəllərində qoşulacaqdır.
Komandanın heyətinə cəlb olunan Aqil Nəbiyev bugünkü məşqə “Bakı”nın forması ilə çıxmışdır.
AzərTAc

Xəbər 850 dəfə oxundu.