“Azərreyl” yeni transferini sifariş edib
“Azərreyl” yeni transferini Avropa Voleybol Konfederasiyasına sifariş edib. Litva əsilli, İtaliya vətəndaşı İndre Sorokayte “dəmiryolçular”a Çempionlar Liqasında kömək edə biləcək.

“6” nömrənin “Azərreyl”in “Lokomotiv”lə pley-off matçında meydana çıxacağı istisna deyil. Lakin onlardan fərqli, Super Liqanın gümüş mükafatçısı hələ yeni voleybolçularının heç birini sifariş etməyib.

Qeyd edək ki, Çempionlar Liqasında ilk Bakı dueli yanvarın 16-da olacaq.

Xəbər 874 dəfə oxundu.