İrqçilər «Milan»ın oyununu yarımçıq qoydular
İtaliya futbolu növbəti qalmaqalla üzləşib. Bu dəfə səbəb danışılmış oyunlar deyil, irqçilikdir. İdman.com.az saytının məlumatına görə, qış fasiləsini yoldaşlıq görüşləri ilə keçirən «Milan»ın belə oyunlarından biri gözlənilməz başa çatıb.

Səviyyəcə 4-cü divizion komandası «Pro-Patria» ilə oyunun ilk dəqiqələrindən yarımmüdafiəçi Kevin-Prins Boatenq azarkeşlərdən irqçi təhqirlər eşitməyə başlayıb. Oyunun keçirildiyi «Karlo Speroni» stadionda bu hala qarşı heç bir tədbirin keçirilməyi heç düşünülmürdü də.

Qanalı futbolçunun səbri 25-ci dəqiqəyədək çatıb. Bundan sonra futbolçu köynəyini əynindən çıxarıb tribunaaltı məkana yollanıb. Onun ardından komanda yoldaşları da meydançanı tərk ediblər. Nəticədə oyun elə 26-cı dəqiqədə də başa çatıb.


Xəbər 941 dəfə oxundu.