Rivaldo yeni klubla anlaşıb
Braziliyanın heyətində DÇ-2002-nin qalibi olan Rivaldo yeni klubla anlaşıb. 41 yaşlı futbolçu bundan sonra karyerasını vətənində davam etdirəcək.

Yarımmüdafiəçi Braziliyanın ikinci divizionunda mübarizə aparan “San-Kaetano” ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Rivaldonun sonuncu klubu Anqola “Kabuşkorp”u (2011) olub. O, burada 21 oyunda meydana çıxıb və rəqib qapılarından 11 top keçirib.

Xəbər 878 dəfə oxundu.