Ouen Avstraliyaya gedə bilər
«Stok Siti»nin forvardı Maykl Ouen ötən karyerasını Avstraliya çempionatında davam etdirə bilər. İngiltərə yığmasının keçmiş forvardı «Pert Qlori»nin maraq dairəsinə düşüb. Avstraliya klubunun rəhbərliyi hazırda 33 yaşlı futbolçunun müqavilə şərtləri üzərində işləyir. Futbolçunun hazırkı dəyəri 1,3 milyon funt ətrafında hesablanır.

Cari mövsümdə Ouen «Stok Siti»nin heyətində cəmi 4 oyun keçirib. Öncəki illərində isə ilk növbədə «Liverpul»da parlaq karyera yaşayıb. Komanda ilə 2000-2001-ci illər mövsümündə İngiltərə Kubokunu, həmin il, eləcə jə 2 mövsüm sonra Liqa Kubokunu, bundan əlavə 2001-ci ildə İngiltərə Superkubokunu, UEFA Kubokunu və UEFA Superkubokunu qazanıb.

İdman.com.az saytının məlumatına görə, o, Madrid «Real»ında və «Nyukasl»da ciddi uğurlar qazana bilməyib. Hücumçu son bir neçə ildə «Mançester Yunayted»də oynayıb və komanda ilə 2010-cu ildə İngiltərə Superkuboku və Liqa Kubokunu, 2011-ci ildə isə Premyer Liqa çempionluğunu qazanıb.

Xəbər 962 dəfə oxundu.