«Qalatasaray»ın yeni icarə strategiyası
Heyətindəki bəzi oyunçuları icarəyə göndərməyi düşünən «Qalatasaray»ın rəhbərliyi bu mövzuda da yeni bir sistem qurdu. İdman.com.az saytının məlumatına görə, «Bursaspor»dan transfer olduğu gündən bu yana «sarı-qırmızılar»da gözlənilən oyunu göstərə bilməyən Sərcan İldırım komandayla vidalaşmağa hazırlaşır.
Baş məşqçi Fateh Terimin qış transfer dövründə komandadan ayrılacaq adlar arasına düşən futbolçu ilə «İstanbul Bld.», «Qasımpaşa» və «Elazığspor» maraqlanmağa başladıblar.

Bülənd Qorxmazın komandada görmək istədiyi Sərcan İldırım üçün «Qalatasaray» rəhbərliyi ilə görüşmələrə başlayan «İstanbul Bld.» rəhbərliyi qarşı tərəfin bu mövzudakı strategiyasını gözləməyə başladı.
Sercan Yıldırımı mübadilədə istifadə etmək istəyən, ancaq bu ana qədər bu planında uğurlu ola bilməyən «Qalatasaray»ın rəhbərliyi Fateh Terimin «nizamlı olaraq oynaya biləcəyi bir komandaya gedə bilər» sözü ardından gələn təklifləri dəyərləndirməyə başladı.

Heyətindəki digər oyunçularla bağlı bəzi oyunçuları icarəyə göndərəcək komanda bu mövzuda da yeni bir sistem qurdu. Forma şansı tapa bilməyən və özünü inkişaf etdirməsi istənən oyunçuları icarəlik olaraq göndərməzdən əvvəl icarəyə veriləcək komandanın heyət strukturlarını araşdırmağa başlayıb. Rəhbərlik bu futbolçuların maksimum səviyyədə oyun təcrübəsini qorumaq məqsədini güdür.

Xəbər 1151 dəfə oxundu.