“Porto” heyətini rusiyalı futbolçu ilə gücləndirib
“Porto” heyətini rusiyalı futbolçu ilə gücləndirib. "Əjdahalar" "Sportinq"in yarımmüdafiəçisi Marat İzmaylovla anlaşıb.

30 yaşlı futbolçu tibbi müayinədən müvəffəqiyyətlə keçərək “Porto” ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Marat İzmaylov 2008-ci ildən "Sportinq"in heyətində çıxış edir. O, 58 matçda meydana çıxıb və 9 qola imza atıb.

Xəbər 819 dəfə oxundu.