“Qarabağ” 2013-cü ilə start verir
“Qarabağ” 2013-cü ilə start verir. Dekbarın 20-dən istirahətə buraxılan komanda sabah qış fasiləsini başa vuracaq.
“Qarabağ” sabah toplaşaraq təlim-məşq toplanışı üçün birbaşa Türkiyəyə yollanacaq. Qardaş ölkədə, Antalya şəhərində məskunlaşacaq komanda Bakı-İstanbul-Antalya reysiylə hərəkət edəcək. Ağdamlılar 26 gün davam edəcək təlim-məşq toplanışı müddətində Bələk qəsəbəsindəki “İC Santai” otelində məskunlaşacaq. “Qarabağ” fevralın 3-də eyni marşurutla vətənə qayıdacaq.

Xəbər 865 dəfə oxundu.