Messi 4-cü dəfə dünyanın ən yaxşı oldu
Bu gün dünyanın ən yaxşı futbolçusunun adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, FİFA və Fransanın “France Football” nəşrinin keçirdiyi sorğunun qalibləri İsveçrənin Sürix şəhərindəki tədbirdə mükafatlarına qovuşub.

Bakı vaxtı ilə saat 22:00-da başlayan mərasimdə “Qızıl top”un sahibi müəyyənləşib. Qalib adına 4-cü dəfə ardıcıl ən yaxşı seçilən Lionel Messi sahib çıxıb. “Qızıl top”un 2004-cü ildəki qalibi Andrey Şevçenkonun açıqladığı mükafata namizəd Andres İniyesta ilə Kriştiano Ronaldo da var idi. Lakin argentinalı ulduz futbolçu rəqiblərini qabaqlayaraq, bu ada layiq görülüb.

“Qızıl top”la yanaşı, dünyanın ən yaxşı məşqçisinin adı açıqlanıb. Bu ada Avro-2012-nin qalibi olan İspaniya millisinin baş məşqçisi Visente del Boske layiq görülüb. Sonrakı yerlərə Joze Mourinyo (“Real”) və Xosep Qvardiola (“Barselona”) sahib olub.

FİFA 2012-ci il üçün dünyanın rəmzi yığma komandasını da seçib. Bunlar aşağıdakılardır (Qeyd edək ki, sorğuda dünyanın bütün milli komandalarının baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak edib.):

İker Kasilyas ("Real"), Dani Alves ("Barselona"), Xerar Pike ("Barselona"), Serxio Ramos ("Real"), Marselo ("Real"), Xabi Alonso ("Real"), Xavi ("Barselona"), İnyesta ("Barselona"), Lionel Messi ("Barselona"), Radamel Falkao ("Atletiko"), Kriştianu Ronaldu ("Real").

2012-ci ilin ən yaxşı qolu isə “Fənərbaxça” və Sloveniya yığmasının üzvi Miroslav Stokun qolu olub. Digər iki və üçüncü yerlərdə müvafiq olaraq Radamel Falkao ilə Neymarın qolları qərarlaşıb.

2012-ci ilin ən yaxşı qadın baş məşqçisi: Pia Sundxaqe (İsveç)
2012-ci ilin ən yaxşı qadın futbolçusu: Abbi Vambak
FİFA prezidentinin xüsusi mükafatı: Frans Bekkanbauer
2012-ci ilin Fair play” mükafatı: Özbəkistan Futbol Federasiyası


Xəbər 1159 dəfə oxundu.