Georgi Adamiya yenidən Almaniyaya yollanacaq
“İnter”in futbolçusu Georgi Adamiya yenidən Almaniyaya yollanacaq. Gürcü futbolçu bu ölkədə təkrar tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Adamiya zədə səbəbindən 4 aydı “İnter”ə kömək edə bilmir. O, Almaniyada müalicə olunub və bərpa prosesindən sonra zədəsinin durumunu öyrənmək üçün bu ölkəyə yollanacaq.

Xəbər 945 dəfə oxundu.