Yeniyetmə güləşçilər Müşviq İsayevin xatirə turnirində
10 yanvarda Bakıda Müşviq İsayevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Yarış 20 yanvar şəhidinin İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.

Turnirdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək. Yarış “Abu-Arena” İdman Kompleksində keçiriləcək.

Xəbər 1157 dəfə oxundu.