Kasilyasla Buffonun mübarizəsi
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) 2012-ci ilin və bütövlükdə 21-ci əsrin ən yaxşı qapıçılarını müəyyənləşdirib. İdman.com.az saytının məlumatına görə, ötən ilin ən yaxşı qapçısı olan «Real»ın qolkiperi İker Kasilyas ən yaxın izləyicisi Canluici Buffonu («Yuventus») az qala iki dəfə qabaqlayıb. Əsrin qapıçılığında isə əksinə, italiyalı ispan həmkarını 1 xal üstələyərək ən yaxşı seçilib.

2012-ci ilin ən yaxşı qapıçıları:
1. İker Kasilyas («Real») - 224
2. Canluci Buffon («Yuventus») - 128
3. Petr Çex («Çelsi») - 92
4. Manugel Noyer («Bavariya») - 85
5. Co Hart («Mançester Siti») - 26
6. Viktor Valdes («Barselona») - 15
7. Kassio Romos («Korintians») - 14

21-ci əsrin ən yaxşı qapıçıları
1. Canluici Buffon (İtaliya) - 218
2. İker Kasilyas (İspaniya) - 217
3. Petr Çex (Çex Resp) - 172
4. Edvin van der Sar (Niderland) - 116
5. Oliver Kan (Almaniya) - 99
6. Viktor Valdes (İspaniya) – 97
7. Dida (Braziliya) – 90
8. Julio Sezar (Braziliya) – 76
9. Yens Lemann (Almaniya) – 72
10. Roberto Abbondansyeri (Argentina) – 68

Xəbər 863 dəfə oxundu.