Koul «Real» və PSJ ilə danışıqlara başlaya bilər
London «Çelsi»sinin sol kənar müdafiəçisi Eşli Koul bu həftə «Real» və PSJ ilə danışıqlara başlamağa hazırdı. Müqaviləsi mövsümün sonunda bitən futbolçuya yeni ilin ilk günündən danışıqlar aparmağa icazə verilib.

Koul müqaviləyə indi imza ata və ya da yayı gözləyib, sərbəst agent statusunda gedə bilər. Lakin o, hələ də «Stemford Bric»i tərk etməsi ilə barışa bilmir və istənilən an «Çelsi» fikrindən daşınsa və ona daha bir ilk müqavilə təklif etsə, bu təklifi nəzərdən keçirməyə hazırdır.

İdman.com.az saytının məlumatına görə, «Real» və PSJ 32 yaşlı futbolçuya 3 illik müqavilə təklif etməyə hazırdılar.

Xəbər 1178 dəfə oxundu.