Quardiolanı ancaq «Yunayted» maraqlandırır
«Barselona»nın keçmiş baş məşqçisi Pep Quardiola «Mançester Siti»nin sükanına keçməyi düşünmür. «Şəhərlilər»in idman direktoru Çiki Begiristayn ispan mütəxəssislə görüş keçirib. Lakin Quardiola dostları ilə söhbətdə etiraf edib ki, «Mançester Yunayted»i çalışdırmaq istəyir.

İdman.com.az saytının məlumatına görə, ona bu imkan artıq yayda düşə bilər. Belə ki, «qırmızı şeytanlar»ın baş məşqçisi ser Aleks Ferqyuson məşqçi karyerasını başa vurmaq barədə düşünür.

Lakin şotlandiyalı fikrindən daşınsa belə, Quardiola nə qədər lazımdı gözləməyə hazırdıp. Belə olduğu təqdirdə ispaniyalı istirahətini bir qədər də uzatmalı olacaq.

Xəbər 846 dəfə oxundu.