Maradona Zikonun yerini tuta bilmədi
Hakim Şakir İraq yığmasının sükanına keçdi. Bununla da, argentinalı əfsanə Dieqo Maradonannı bu vəzifəyə seçiləcəyi barədə söz-söhbətə son qoyuldu.

İdman.com.az saytının məlumatına görə, ötən ay İraq yığmasının sükanını Ziko tərk etmişdi. Mətbuat da bu boşalan yerə argentinalını yerləşdirirdi.

Lakin dünən Asiya Futbol Konfederasiyasının rəsmi saytında Hakim Şakirin təyini ilə bağlı xəbər yayıldı. Şakir komandaya müvəqqəti məşqçi kimi təyin edilib. O, əvvəl İraqın 19-yaşlı yeniyetmələrdən ibarət yığmasını çalışdırırdı.

Xəbər 944 dəfə oxundu.