Beyl üçün danışıqlar başlanıb
İspan «Marca»sının məlumatına görə, Madrid «Real»ı «Tottenhem»lə Qaret Beylin transferi ilə bağlı danışıqlarda ilkin mərhələyə qədm qoyub. Qəzet yazır ki, ingilislərin baş məşqçisi Andre Villaş Boaş Beylin satışını inkar etsə də, danışıqlar artıq başlayıb:

«Beyl üçün ilkin danışıqlar hələ yayda, «Real» Modriçin transferini rəsmiləşdirərkən başlamışdı. Onda «Real» Beylin mümkün alışı ilə maraqlanmış və imtina cavabı almışdı. Belə görünür ki, «Real» yenə yayda Beyli almağa çalışacaq. Belə ki, futbolçu özü bildirib ki, heyətində inkişaf edə və mükafatlar uğrunda mübarizə apara biləcək bir komandada oynamaq istəyir».

İdman.com.az saytının məlumatına görə, nəşrdə o da bildirilir ki, madridlilər uelsli futbolçu üçün 29 milyon funt ödəməyə hazırdılar. Ancaq daha öncə «Tottenhem»in prezidenti Daniel Levi bildirmişdi ki, Beyl üçün 41 milyon funt istəyəcək.

Xəbər 1017 dəfə oxundu.