Çex futbolçu bobsley trasında öldü
Çex Respublikası yığmasının keçmiş müdafiəçisi Vaslav Drobnı 32 yaşında ikən bobsley trasında həlak olub. İdman.com.az saytının məlumatına görə, keçmiş futbolçu dağ xizəkçiliyi kurort şəhərciyi Şpindleruv-Mlində ağaca çırpılıb. Ağır kəllə-beyin zədəsi alan Drobnı xəstəxanada özünə gəlməyərək dünyasını dəyişib.

Drobnı Çexiya gənclər yığmasının 2002-ci ildəki zəfərli Avropa çempionatında kapitanı olub. Praqa «Sparta»sı ilə 2006-2007-ci illər mövsümündə Çexiya çempionu olub. Futbolçu həmçinin «Xmel», «Starsburq», «Aston Villa», «Yablones», «Auqsburq», Trnava «Spartak»ı və «Boqemians» kimi komandalarda oynayıb.

Milli yığmada 2004-cü ildə iki oyun keçirib. Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra televiziya şərhçisi kimi fəaliyyət göstərirdi.

Xəbər 924 dəfə oxundu.