İlin yığması
2012-ci ilin də, hər il olduğu kimi, öz ulduzları olub. Hər kəsin ulduzlara münasibəti öz zövqünə görədir. İdman.com.az-ın məlumatına görə, euro-football.ru saytı da öz nəzərincə 2012-nin ideal oyunçular yığmasını, həmçinin məşqçisini və hakimini seçib.

Qapıçı

İker Kasilyas («Real», İspaniya yığması)
Joze Maurinyonun belə çətin xarakteri olmasaydı, 2012-ci ili İker üçün ideal saymaq olardı. Onun millisi yenidən qitə zirvəsinə qalxdı, klubu isə La Liqanı qazanıb və Çempionlar Liqasında yarımfinaladək irəliləyib. İker Avro-2012-də demək olar ki, qol buraxmırdı. Mövsüm boyu isə 24 oyunda qapısından qol buraxmayıb. Yığmasını da şəxsən Avropa çempionatının finalına daşıyıb.

Müdafiəçilər

Andrea Barsalyi («Yuventus», İtaliya yığması)
2012-ci ildə «Yuventus»un bütün müdafiə xətti sabit oyun oynadı. Bu sabitliyi Andrea Barsalyi, Leonardo Bonuççi və Corci Kyellinidən ibarət üçlük təmin edib. Onların həm yığmada, həm də klubda birgə anlaşıqlı oyun təcrüəsi, etibarlıqlarını daha da artırıb. Lakin Barsalyi Bonuççini sabitliyi, Kyellinini isə möhkəm sağlamlığı ilə kölgədə qoyub. Andrea çempionluq mövsümündə 34 oyunda əsas heyətdə yer alaraq, Avropa şöhrətinə layiq olub. «Yuventus»un «A» Seriyada cəmi 20 qol buraxması tək dahi Buffonun xidməti deyil.

Matç Hummels («Borussiya» D., Almaniya yığması)
«Borussiya»dan hər iki xəbərdən biri bu və ya digər dərəcədə Hummelsə toxunur. Mats Avropa transfer bazarında ən bahalı futbolçulardan biridir. Artıq indi onun dəyəri 25 milyondan aşağı düşmür. Çempionluq mövsümündə o, Bundesliqada 34 oyundan 33-də komandasının əsas heyətində yer aldı. Avro-2012-də də alman yığmasının 5 oyununun hamısını əvəzlənmədən keçirdib. Çempionlar Liqasının yeni mövsümündə isə o, komandası ilə pley-offa adlayıb.

Serxio Ramos («Real», İspaniya yığması)
Serxio Ramos özünə mövsümə görə 9,5 bal qiymət qoya bilər. Nominal sağ müdafiəçi yığmasının uğuru üçün müdafiənin mərkəzinə keçərək, heç vaxt isti münasibətləri olmadığı Xerard Pike ilə möhkəm cütlük təşkil edib. Bu cütlüklə İspaniya yığması Avropa çempionatında ardıcıl 5 oyunda qol buraxmayıb. Ramos da yığmada və klubda böyük uğurlar qazanıb – Avropa və ölkəsinin çempionu olub və İspaniya Superkubokunu qazanıb.

Yarımmüdafiəçilər

Xabi Alonso Xabi («Real», İspaniya yığması)
30 yaşadək Xabi Alonso həm dünya, həm Avropa çempionu olsa da, milli çempionatlarda ta 2012-ci ilin mayınadək birinci ola bilmirdi. «Real»ın çempionluq mövsümündə 36 oyun keçirərək, meydanın mərkəzində böyük iş görüb. Onun Avro-2012-də ideal oyununun əlavə reklama ehtiyacı yoxdur.

Andrea Pirlo («Yuventus», İtaliya)
Futbolçular var və futbol dahiləri var. Andrea Pirdo ikinci qruppa aiddi. Pirlo İtaliya futbolunun təzahürüdür – ağıllı, taktiki nizamlı, zəhmətkeş və əvəzedilməzdir. Uzaq keçmişdə yarımmüdafiəçi məşqçidən onu meydanı daha yaxşı görə bildiyi mərkəzə daha yaxın çəkməyi xahiş etmişdi. Artıq gənc olmayan Pirlo «Yuventus»un çempionluq mövsümündə 37 dəfə start heyətində meydana çıxıb. Avro-2012-də 3 dəfə matçın ən yaxşı oyunçusu seçilib. Yeni mövsümdə İtaliya Superkubokunu qazanıb və klubu ilə Çempionlar Liqasının pley-offuna yollanıb.

Andres İnyesta («Barselona», İspaniya yığması)
Futbola müsbət yanaşıb, eyni zamanda Andres İnyestanı dahi hesab etməmək mümkün deyil. Mütəxəssislərin və azarkeşlərin fikrincə, Avro-2012-nin ən yaxşı oyunçusu məhz İnyesta olub. O, elə Pirlo kimi qitə çempionatında 3 dəfə matçın ən yaxşı oyunçusu seçilib. Bu sıraya italyanlara qarşı final matçı da daxildi. Avqustda İnyesta UEFA versiyasında 2011-2012-ci illər mövsümünün ən yaxşı oyunçusu seçilib. O, Messi və Ronaldo kimi ulduzları geridə qoyub.

Xavi Ernandes («Barselona», İspaniya yığması)
Əksər futbolsevərlər düşünürlər ki, biz Lionel Messi və Kriştiano Ronaldo əsrində yaşayırıq. Onlardan hansısa böyük bir turnirin finalında heç olmasa məhsuldar ötürmə şəklində dubl etsəydi, mətbuatda gör bir necə səs-küy qalxardı. Xavi isə Avro-2012 finalında italiyalıların qapısına vurulan 4 qoldan ikisini təşktl etmişdi. «Barselona»nın bütün magiyası da hündür olmayan və tipik Cənubi Avropa görünüşlü yarımmüdafiəçinin ətrafında dolanır.

Hücumçular

Lionel Messi («Barselona», Argentina yığması)
Messi ilboyu «Barselona»nın və Argentina yığmasının heyətində orta hesabla hər oyuna bir qoldan çox vurub. Nəticədə bir təqvim ilinə vurulan qollara görə Gerd Müllerin rekordunu geridə qoyub 2012-ni 91 qolla başa vurdu. İspan və Avropa arenalarında rəqib müdafiələrinin başına nələr açır! Rekordlar, ağlasığmaz populyarlıq, bütün dünyanın rəğbəti və sevgisi və bir-birini sıralayan «Qızıl top»lar. Bütün bunlar «Messiqol» maşını adlanan bir insana aiddir.

Kriştianu Ronaldu («Real», Portuqaliya yığması)
Bu gün dünya futbolunun zirvəsində Lionel Messii lə adı qoşa çəkilən ən böyük ulduz Kriştianu Ronaldudur. Mükafatlar baxımından portuqaliyalı argentinalıdan geri qalır. Ancaq meydanda onların texniki arsenalını müqayisə etdikdə, hər birinin öz üstün tərəflərini görmək olar. Elə Messi kimi Ronaldu da yığmanın oyunlarında klub uğurlarını unudur. Avropa çempionatında isə məhz Kriştianu Ronaldu Paulu Bentunun komandasını yarımfinala çıxaran futbolçu idi. İspaniya çempionu, Avro-2012 və Çempionlar Liqası-2011-2012 yarımfinalçısı, Çempionlar Liqası-2012-2013-ün pley-off iştirakçısı – bütün bunlar Ronaldonun yığma və klubla əldə etdikləri nailiyyətlərdir. Oktyabrda o, ölkəsinin yığmasında 100-cü oyununu keçirib.

Zlatan İbraqimoviç (PSJ, İsveç yığması)
Bu il uzun illərdən sonra İbrahimoviç ilk dəfə milli çempionatı qazana bilmədi. Əvəzində «Milan»la İtaliyanın vitse-çempionu oldu. «A» Seriyada 28 qol vurdu və Avropa çempionatında 2 gözəl qolu ilə seçildi. Qitə yarışlarında elə yeni klubu PSJ ilə də rəqib qapılarına az yol tapmadı. Dünya çempionatı-2014 seçmələrində almanların qapısına qol da vurdu, ingilislərin qapısına vurduğu əvəzedilməz qolla da futbol tarixinə düşdü.

Baş məşqçi

Visente Del Boske (İspaniya yığması)
İspaniya yığmasının 2012-də Avropa zirvəsinə yolu asan olmadı. Ancaq ispanlar bütün sınaqların öhdəsindən gəldilər və Del Boske də müasir dövrün ən yaxşı məşqçisi adını özündə saxladı.



Xəbər 1144 dəfə oxundu.