Sneyder 12 milyona «Tottenhem»ə keçə bilər
Milan «İnter»inin yarımmüdfiəçisi Uesli Sneyder «Tottenhem»ə keçməyə yaxındı. İdman.com.az saytının məlumatına görə, futbolçu Milan klubu ilə öz gedişini razılaşdırıb. Sneyderə əsas iddialı «Tottenhem»dir. İngilis klubu futbolçunun transferi üçün «İnter»ə 12 milyon funt ödəməlidir.

Niderlandlı yarımmüdafiəçi Milan təmsilçisinin formasında artıq oktyabrdan bəri meydana çıxmır. Buna səbəb oyunçunun yeni müqavilə ilə bağlı danışıqlarıdı. Klub Sneyderə 2015-ci ildən 2016-cı ilədək maaşının 6 milyondan 4 milyona endirilməsi ilə bağlı müqavilə təklif edib və danışıqlar bitənədək futbolçunu meydana buraxmaq fikrində deyil.

Xəbər 3802 dəfə oxundu.